İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında İsrailin ifrat sağçı nazirlərinin rəhbərlik etdiyi yəhudilərin təşkil edilən yürüşə etiraz edən fələstinlilərə müdaxilə edərək 31 nəfəri yaralayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında İsrailin ifrat sağçı nazirlərinin rəhbərlik etdiyi yəhudilərin təşkil edilən yürüşə etiraz edən fələstinlilərə müdaxilə edərək 31 nəfəri yaralayıb.
İsrail qüvvələrinin Beyta qəsəbəsində keçirilən yürüşə etiraz olaraq keçirilən nümayişə rezin güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, tibbi qruplar Beyta qəsəbəsində 22-si rezin güllə ilə olmaqla yaralanan 31 nəfərə tibbi yardım göstərib.
Bundan başqa, hadisə yerində gözyaşardıcı qazdan zəhərlənən 185 nəfərə də ilkin tibbi yardım göstərilib.
Şəbnəm
Gununsesi.info