İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

İsrail hərbçiləri ölkənin şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, ordunun 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirib. Əməliyyat zamanı qırıcılar 50-yə yaxın terrorçunu məhv edib və HƏMAS-ın məhv etmək niyyətində olduğu onlarla tunel aşkarlayıb.

 

Bunda başqa, yüzlərlə terrorçu infrastruktur obyekti, o cümlədən silahların istehsal olunduğu yerlər və istifadəyə hazır buraxılış qurğuları məhv edilib.

Gununsesi.info