İsrail rəhbərliyində parçalanmalar yaranır

Livan Hizbullahına hücumun zəruriliyi ilə bağlı mübahisələrə görə İsrail rəhbərliyində parçalanma yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

“İsrail daxilində parçalanma var. Bəziləri, müdafiə naziri Yoav Gallant kimi, indi Qəzzada girovların azad edilməsinə səbəb olacaq və minlərlə israillinin evlərinə qayıda bilməsi üçün şimal sərhədindəki gərginliyi azaltmağa kömək edəcək atəşkəsin vaxtı olduğuna inanır”.

Qəzet yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu müharibə istəmədiyini, lakin hücuma cavab olaraq “ağır qiymət” vəd etdiyini bildirib.

Eyni zamanda, İsrailin Hizbullaha qarşı “hücum hərəkəti” etməli olduğuna inanan hazırkı və keçmiş təhlükəsizlik rəsmiləri, eləcə də mərkəzçi, sağçı və ifrat sağçı siyasətçilərin sayı artır.

Adı açıqlanmayan İsrail rəsmilərinin sözlərinə görə, ölkənin Livanla sərhədin qorunmasına cavabdeh olan Şimal Komandanlığının liderləri Hizbullaha qarşı İsrailin əvvəllər qəbul etdiyindən daha aqressiv yanaşmaya çalışırlar.

Qeyd edək ki, iyulun 12-də İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, növbətçi hava hücumundan müdafiə qüvvələri Livandan İsrail dövlətinin şimalında yerləşən Kibbutz Kabri ərazisinə atılan 30-a yaxın raket aşkarlayıb.

 

 

Günel

Gununsesi.info