İsrail səfiri: “Azərbaycanla daha da yaxın olacağıq”

“İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyinin açılması ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.”

Gununsesi.info xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də yayımlanan videomüraciətində bildirib.

HTML tutorial

“Bu gün tarixi bir gündür. Ölkələrimiz arasında əlaqələr təxminən 30 il əvvəl qurulduğundan bəri Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyini açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu, ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlar yaradacaq. İnanıram ki, bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır”, -deyə diplomat vurğulayıb.

İsrail səfiri qeyd edib ki, gələn il Azərbaycan və İsrail arasında mövcud olan diplomatik münasibətlərin və dostluğun 30 illiyi qeyd olunacaq. “Biz, bunu hamımız birlikdə İsraildə və Azərbaycanda qeyd edəcəyik”, – deyə səfir vurğulayıb.