“Region üçün sülh, firavan və ümidli gələcək axtarışlarında azərbaycanlı dostlarımızın yanındayıq”.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tviterində yazıb.
O, Azərbaycan dövlətini və xalqını təbrik edib: “Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan!”.
Səfir, həmçinin Azərbaycanla İsrail arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyinin qeyd edildiyini xatırladıb.
Gununsesi.info