İsrail səfiri: “Düşünməzdim ki, belə tezliklə Şuşada ola bilərəm”

  • By admin
  • 14 İyul 2021 17:51

“İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Çox şadıq ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə artıq bərpa edib”.

Gununsesi.info xəbər verir ki, bunu Şuşada səfərdə olan İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik AZƏRTAC-a müsahibəsində deyib.

Səfir vurğulayıb ki, Şuşada olmaq onun böyük şərəfdir:

“2019-cu ilin sonunda Azərbaycana gələndə düşünməzdim ki, belə tezliklə Şuşada ola bilərəm. Bu gün biz burdayıq. Şuşada olmağıma, bu tarixi şəhərə səfər etməyimə görə çox şadam”.