İsrail səfirindən azərbaycanlılara bayram təbriki

  • By admin
  • 18 Oktyabr 2022 12:48

“Region üçün sülh, firavan və ümidli gələcək axtarışlarında azərbaycanlı dostlarımızın yanındayıq”.

Gununsesi.info xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tviterində yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib: “Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan!”.

Səfir,  həmçinin Azərbaycanla İsrail arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyinin qeyd edildiyini xatırladıb.

Gununsesi.info