İsrail səfirini ölümlə hədələyən Abbas Musəviyə xəbərdarlıq ediləcək? – AÇIQLAMA + FOTO

Ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” kitabını oxuması barədə paylaşım edib. Sosial şəbəkələrdə böyük maraqla qarşılanan bu tvitə İranın Azərbaycandakı səfiri Abbas Musəvinin cavabı isə gecikməyib. O, diplomat həmkarını ölümlə hədələyib. “Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək”, – deyə Corc Diki həm təhqir, həm də təhdid edib.

Maraqlıdır, Azərbaycan Xarici İşlər Nazirliyi təhdidə görə İrana xəbərdarlıq edəcəkmi? Ümumiyyətlə, XİN-in ölkədəki səfirliklərə bu kimi məsələlərlə bağlı müdaxilə etmə səlahiyyəti varmı?

Mövzu barədə Oxu.Az-a danışan Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva hələ ki bu məsələ ilə bağlı heç bir şərhin olmayacağını bildirib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan XİN-in prosesə müdaxilə etməli olduğunu deyib.

Gununsesi.info