İsrail səfirliyində  iki şəxs öldürülüb

  • By admin
  • 24 İyul 2017 17:55
israillll
İsrailin Xarici İşlər Nazirliyi bazar ertəsi məlumat yayıb ki, İsrailin İordaniyadakı səfirliyinin təhlükəsizlik xidməti onlara hücüm çəkən iki iordaniyalı ilə atışmadan sonra onları öldürüblər.
Gununsesi.info  “Amerikanınsesi”-nə istinadən xəbər verir ki, bu barədə israil XİN tərəfindən yayılan məlumatda deyilri.
Bəyanatda  deyilir ki, bazar günü ölkənin Ammanda yerləşən səfirliyində mebelləri dəyişirdirilməsi səbəbi ilə binanın iordaniyalı sahibi və iki iordaniyalı işçi səfirlikdə idilər.
Bəyanatda bildirilir ki, işçilərdən biri öldürülməkdən öncə səfirliyin təhlükəsizlik xidməti üzvünə arxadan hücum çəkib. Bina sahibi atışma zamanı aldığı yaralardan bir qədər sonra ölüb. İsrail səfirliyinin təhlükəsizlik xidmətinin üzvü yüngül xəsarət alıb.
İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi insidentin araşdırıldığını bildirib.
İsrail höküməti keçən həftə Qüdsdə müsəlmanların müqəddəs məkanlarına daxil olmaq üçün metal detektorlar yerləşdirəndən sonra İsrail və İordaniya arasında gərginlik artıb.
Bu tədbirlərə etiraz olaraq, cümə günü Ammanda etiraz nümayişləri keçirilib.
Gununsesi.info