İsrailin Hərbi Hava Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən qərargahına zərbələr endirib.
Məlumatı Suriyada müxalifətinə yaxın olan informasiya kanalları yayıb.
Bildirilib ki, hadisə fevralın 2-də Dəməşqin cənubunda Seyyidə Zeynəb rayonunda baş verib.
Hələlik İsrailin rəsmi dairələri məlumatı şərh etməyiblər.
Gununsesi.info