İsrail şirkətinin reaksiyasına səbəb olan villa reklamı – FOTO

  • By admin
  • 19 Dekabr 2023 11:44

İsrail tikinti şirkəti Qəzzada mənzil elanı dərc edib. İsrail hər fürsətdə müharibədən sonra Qəzzanı işğal etməyəcəyini söyləsə də, reklam beyinlərdə suallar doğurub.

Gununsesi.info xəbər verir ki, qəzzalı mülki vətəndaşlar üçün məzarlığa çevrilən xarabalıqların üzərinə villaların şəkilləri yerləşdirilib. İsrailin inşaat şirkəti “Harey Zahav” Qəzzada “Oyan, sahildəki ev yuxu deyil” başlığı ilə mənzil elanları dərc edib.

Şirkətin Qəzzanın cənubunda 2005-ci ildə boşaldılan “Quş Katif Yəhudi Məskən Bölgəsi”nə geri dönmək üçün hazırlıqlar gördüyü bildirilib.

Reklamda fələstinlilərdən “işğalçı” kimi bəhs edilib və “İşçilərimiz işə başlayıb, xarabalıqları təmizləyirik və işğalçıları yığışdırırıq” deyilir.

Başqa bir reklam afişasında Qəzzada tikinti layihəsinin eskizi nümayiş etdirilib.

Gununsesi.info