İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edildi

  • By admin
  • 05 Aprel 2022 19:12

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozov Bakıda keçirilən Azərbaycan-İsrail Ticarət Palatasının iclasında iştirak ediblər.

 

Gununsesi.info  xəbər veri ki, nazir M. Cabbarov bu barədə “Twitter“ hesabında yazıb.

 

O qeyd edib ki, iclasda iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, İKT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı barədə səmərəli müzakirələr aparılıb.

Gununsesi.info