
İsrail döyüş təyyarələri Suriyanın cənubunda Dəra şəhərini hədəf alıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumlarda 2 mülki vətəndaşın həlak olduğu, 19 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Yerli mənbələr İsrail təyyarələrinin Dəraa ətrafındakı 12-ci və 132-ci Briqadaları hədəf aldığını bildirib. Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, hücumlarda 2 mülki şəxs həlak olub, 19 mülki şəxs isə yaralanıb.
Rejimin lideri Bəşər Əsədin Moskvaya qaçması və Baas rejiminin süqutundan sonra İsrail ordusu Suriyaya daxil olub.
Rejim ordusundan qalan hərbi infrastruktur və obyektlərə hücum edən İsrail ordusu Qolan təpələrinin işğalını genişləndirib. İsrail ordusu bufer zonasına daxil olaraq Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.
İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib. Bufer zonanın və silahsızlaşdırılmış zonanın sərhədləri 1974-cü ildə İsrail və Suriya arasında imzalanan geri çəkilmə sazişi ilə müəyyən edilib.
Orxan