
Mühasirəyə alınan Qəzza zolağında 4 təcili yardım maşını İsrail təyyarələri tərəfindən hədəfə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində dərc olunan mməlumatında deyilir.
Xüsusilə də Qəzza zolağının şərqindəki Absan bölgəsində təcili yardım maşınları İsrail təyyarələri tərəfindən hücuma məruz qalıb.
Təcili yardım maşınlarının vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
Bildirilir ki, Heydər Əbdüşşəfi Tibb Mərkəzinin yaxınlığındakı ərazi İsrail tərəfindən bombalanıb, nəticədə tibb müəssisəsi xidmət göstərə bilməyəcək.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.
Qəzzanın səhiyyə nazirliyi çərşənbə axşamı səhər saatlarında İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan fələstinlilərin sayının 143-ü uşaq və 105-i qadın olmaqla, 704-ə yüksəlib. Nazirliyin məlumatına görə, yaralıların sayı təxminən 4000-ə çatıb.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, son hücumlar nəticəsində ən azı 900 israilli ölüb, 2600-dən çox insan yaralanıb.
Səid Əhmədli
Gununsesi.info