
İsrail blokadada olan Qəzza zolağının müxtəlif bölgələrinə hava zərbələri endirib.
Gununsesi.info xəbər verir ki, İsrail ordusu döyüş təyyarələrinin Qəzzada Fələstinin Həmas hərəkatının hədəflərini vurduğunu bildirib.
“Anadolu”nun Qəzzadakı müxbiri İsrail qırıcılarının blokada altındakı anklavın müxtəlif ərazilərinə yenidən hava zərbələri endirməsi ilə bağlı xəbərləri təsdiqləyib.
Bundan əlavə, Qəzzanın şimalında və mərkəzində İsrail qüvvələri ilə fələstinli qruplaşmalar arasında toqquşmalar yenidən başlayıb.
Qəzzanın Daxili İşlər Nazirliyi də İsrail hərbi texnikasının Qəzzanın şimalına atəş açdığını bildirib.
Gununsesi.info