İsrail təkrar vaksinasiyanı təsdiq edən ilk dövlətdir

  • By admin
  • 30 İyul 2021 09:31

İsrailin Səhiyyə Nazirliyi vətəndaşların təkrar vaksinasiyası haqqında qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Тimes of Israel” məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, yaşı 60-dan yuxarı olan şəxslərə koronavirusa qarşı “Pfizer” peyvəndinin üçüncü dozası vurulacaq.

Üçüncü dozanın vurulması üçün ikincinin qəbulundan beş ay ötməsi şərtdir.

Qərarın icrasına avqustun 1-dən etibarən başlanacaq.

Qeyd edək ki, İsrail vətəndaşlarına peyvəndin üçüncü dozasının vurulması barədə rəsmi qərar qəbul edən ilk dövlətdir.