HƏMAS sülh danışıqlarına hazır olduğunu bəyan etdikdən sonra İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada girovları azad etmək planını dərhal həyata keçirməyə çalışır.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Bundan başqa, İsrail mediası ölkənin siyasi eşelonun hərbçilərə Qəzzada hücum fəaliyyətini dayandırmağı tapşırdığını yazır.
Xatırladaq ki, bundan əvvəl ABŞ lideri Fələstinin HƏMAS qruplaşmasının sülhü bərqərar etməyə hazır olması səbəbindən İsraildən Qəzzanı bombalamağı dərhal dayandırmağı tələb etmişdi.











