
İsrail Türkiyədən Qəzzaya gedən yardımlarda raket hazırlanmasında işlədilən 16 ton maddə tapıldığını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin gömrük qurumu məlumat yayıb.
Keçirilən laboratoriya sınaqlarında göndərilən materialların içində amonium xlor tərkibinin aşkar olunduğu bildirilib.
İsrail rəsmiləri bu maddədən Qəzzadakı qruplar tərəfindən “İsrailə atılan raketləri emal etmək üçün istifadə edildiyini” iddia edib.
Həmas sözcüsü Hazim Qasım isə hesabatı “yalan” olaraq qiymətləndirib. “Reuters”ə açıqlama verən Qasım bunu İsrailin bəhanəsi kimi dəyərləndirib:
“İşğalçılar Qəzzadakı mühasirəni gərginləşdirmək üçün bəhanə olaraq yalanlar uydururlar”, – deyə vurğulayıb.
Tərcümə: Arzu