
İsraildə 13 müxtəlif yerdə başlayan yanğın davam edir.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, İsraildə dünəndən etibarən ölkənin müxtəlif bölgələrində başlayan yanğınlar getdikcə güclənir. Yanğınsöndürənlər fəlakətin qarşısını almaqda acizdir.
Qüds daxil 13 müxtəlif yerdə başlayan yanğınların qarşısını almaq şiddətli külək üzündən müşkülə çevrilib.
Hökumət yanğının söndürülməsi üçün Türkiyə, Yunanıstan, Cənubi Kipr Rum Rəhbərliyi və İtaliyadan kömək istəyib.
İsrail baş naziri Binyamin Netanyahunun ofisindən edilən yazılı açıqlamada bildirilir ki, artıq yanğınla bağlı B. Netanyahu Rusiyanın baş naziri Dmitri Medvedev, Yunanıstanın baş naziri Aleksis Çipras və Xorvatiya baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Məlumata görə, görüş zamanı adlarıçəkilən dövlətlərin baş nazirləri yanğını söndürməsi üçün yanğınsöndürən təyyarələrin göndərəcəklərini bəyan ediblər.
Anar
Gununsesi.info