İsrail Türkiyəyə 20 milyon dollar ödəyəcək - Razılaşmanın detalları

  • By admin
  • 27 İyun 2016 14:32

tURKISH AND iSARAEL FLAGS

 

İsrail 6 il bundan öncə “Mavi Mərmərə” gəmisində dünyasını dəyişən Türkiyə vətəndaşlarına 20 milyon dollar təzminat edəcək. Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin baş naziri Binəli Yldırım Romada İsraillə Türkiyə arasındakı münasibətlərinin normallaşmasının detallarını açıqlayarkən deyib. Onun sözlərinə görə, artıq bu barədə gəmidə şəhid olanların yaxınları ilə müzakirələr aparılıb və bu təzminat Türkiyə hökumətinin yardımı ilə həyata keçiriləcək. Baş nazir deyib ki, danışıqlarda digər bir məqam İsrailin Türkiyədən üzr istəməsi idi və artıq üzr istənilib. “Əsas və uzun zaman aparan məsələ Fələstin və Qəzza bölgəsində mühasirənin aradan qaldırılması idi ki, bu məsələdə də sonunda razılığa gəldik. Bu məqsədlə Fələstinin Qəzza bölgəsinə ilk olaraq on min ton humanitar yardımı göndərəcək. Yardım Mersindən İsrailin Aştot limanına doğru hərəkət edəcək”, – deyə baş nazir vurğulayıb.