İsrail 25 gün içində Türkiyəyə 20 milyon dollar civarında təzminat ödəyəcək.
Gununsesi.info xəbər verir ki, artıq Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasını təmin edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. Buna görə İsrail “Mavi Mərmərə” gəmisində öldürülənlərin ailələrinə 20 milyon dollarlıq təzminatı, müqavilənin qüvvəyə mindiyi andan etibarən 25 gün içində ödəyəcək.
İki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən israilli əsgərlər cinayət məsuliyyətindən azad olunacaqlar.
Xatırladaq ki, 31 may 2010-cu il tarixdə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi Aralıq dənizinin beynəlxalq sularında İsrail hərbiçilərin hücumuna məruz qalmış, baş vermiş insidentdə 9 günahsız insan həyatını itirmişdi.
Gununsesi.info