İsrail “Mavi Mərmərə” gəmisinə görə Türkiyəyə təzminat ödəyib.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Türkiyə parlamenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan qanun layihəsini ratifikasiya etdikdən bir müddət sonra İsrail 2010-cu ilin mayında “Mavi Mərmərə” hadisəsində yaxınlarını itirən ailələrə 20 milyon dollar təzminatı ödəyib.
Xatırladaq ki, 31 may 2010-cu ildə İsrail hərbçiləri Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə basqın edib, 9 Türkiyə vətəndaşı öldürülüb.
Anar
Gununsesi.info