İsrail Ukraynaya zirehli ambulanslar və tibb işçiləri göndərdi

  • By admin
  • 19 Mart 2022 14:38

İsrail Milli Təcili Tibbi Yardım Xidməti Ukraynaya təcili yardım üçün dörd zirehli personal daşıyıcısı verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə tviterdə məlumat verilib.

JNS nəşrinin məlumatına görə, İsrail artıq bu maşınları Polşaya çatdırıb. Onlardan yaralıların ən təhlükəli bölgələrdən çıxarılması üçün istifadə olunacaq.

JNS yazır ki, İsrail Moldovaya rus və ukraynadilli tibb işçilərini də göndərir. Sərhəddə ukraynalılara tibbi yardım göstərməlidirlər. Bundan əlavə, İsrail həkimləri Polşada səhra xəstəxanası yaradacaqlar.

Gununsesi.info