İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının detalları bəlli oldu

  • By admin
  • 21 Noyabr 2023 16:04

Zorakılıq və xaosun davam etdiyi Yaxın Şərqdə müvəqqəti atəşkəs üçün gərgin səylər davam edərkən, diqqətçəkən bir açıqlama verilib.

Gununsesi.info xəbər verir ki, son günlər beynəlxalq gündəmdə olan İsrail ilə Həmas arasında əldə olunan atəşkəs razılaşması ilə bağlı diqqətçəkən pərdəarxası məlumatlar ortaya çıxıb. İngiltərənin nüfuzlu xəbər agentliklərindən biri olan “Reuters”ə danışan mənbələr razılaşmanın təfərrüatlarını paylaşıb.

Məsələ ilə bağlı məlumatı olan mənbə bildirib ki, “Razılaşma döyüşlərə bir neçə günlük fasilə verilməsini, HƏMAS-ın 50-yə yaxın mülki girovu azad etməsini və İsrail həbsxanalarından fələstinli qadın və uşaqların azad edilməsini nəzərdə tutur”.

“Reuters”ə danışan mənbə Qətərin vasitəçiliyi ilə davam edən danışıqların son mərhələyə çatdığını və razılığa əvvəlkindən daha çox yaxınlaşdığını açıqlayıb.

Gununsesi.info