İsrail Həmas ilə əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində noyabrın 30-da Qəzza zolağından azad edilməsi planlaşdırılan israilli məhbusların siyahısını alıb.
Gununsesi.info-nun məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS-ın bu gün azad edəcəyi gözlənilən israilli məhbusların siyahısını əldə edib. Baş nazirin ofisi bildirib ki, azadlığa buraxılmalı olanların ailələri bildiriş alıblar.
Razılaşma çərçivəsində 30 fələstinli məhbusun müqabilində 10 israilli məhbusun azad ediləcəyi gözlənilir.
İsrail və HƏMAS arasında münaqişədə dörd günlük humanitar fasilə haqqında razılaşma cümə günü, noyabrın 24-də yerli vaxtla saat 07:00-da qüvvəyə minib.
Razılaşma çərçivəsində noyabrın 24-dən etibarən 210 fələstinli məhbusun müqabilində 73 israilli məhbus azad edilib.
Bundan əvvəl HƏMAS “humanitar fasilənin” bir gün uzadıldığını açıqlamışdı. Öz növbəsində, İsrail ordusu “humanitar atəşkəs”in bitməsinə bir neçə dəqiqə qalmış uzadıldığını elan edib.
Gununsesi.info