İsrail səfiri İrit Lillian Türkiyə Prezidentinə etimad məktubunu təqdim edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin bu ölkədəki yeni səfiri xanım İrit Lillianı qəbul edib.
Prezident Sarayında keçirilən qəbul zamanı İsrailin Baş diplomatı bu ölkənin rəhbəri Ərdoğana etimad məktubunu təqdim edib.
Xatırladaq ki, İsrail və Türkiyə arasındakı normallaşma dönəmi çərçivəsində qarşılıqlı şəkildə səfirlərin təyinatı qərarlaşdırılmışdı.
Türkiyənin İsrailə göndərdiyi səfir Şakir Özkan Torunlar da yaxın zamanda etimad məktubunun nüsxəsini İsrailin Xarici İşlər Nazirliyinə təqdim etmişdi.
Cumhurbaşkanlığı Külliyesinde gerçekleştirilen kabulde İsrail Büyükelçisi Irit Lillian, Cumhurbaşkanımız @RTErdogan'a güven mektubunu takdim etti. pic.twitter.com/p5lDvKPwmf
— Erdoğan Dijital Medya (@RTEdijital) December 27, 2022
Tərcümə: Arzu Sayadoğlu