İsrail və Türkiyə bu məsələdə də RAZILAŞDI

İsrail hökuməti Türkiyə ilə aviasiya əlaqələrinin yaradılmasına dair razılaşmanı təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İsrail Baş naziri Yair Lapid öz tvitter hesabında paylaşıb.

HTML tutorial

“Hökumət olaraq biz Türkiyə ilə İsrail arasında aviasiya əlaqələrinin yaradılmasına dair razılaşmanı təsdiqlədik. Razılaşma ilə İsrail hava yollarına aid təyyarələr artıq İstanbuldan və Türkiyənin digər məntəqələrindən uçuşlar həyata keçirə biləcək”, – deyə Lapid bildirib.

Gununsesi.info