
İsrail vətəndaşları 2023-cü ilin sentyabrından viza almadan ABŞ-yə səfər edə biləcəklər.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu tviter səhifəsində bildirib.
“Bu gün İsrail vətəndaşlarına vacib bir xəbər verdik: söz verdiyimiz kimi, israillilərin ABŞ-yə giriş vizası almaq ehtiyacından azad edilməsi üçün bütün qanuni tələblər uğurla yerinə yetirildi”, – o yazıb.
Qeyd edək ki, hazırda İsrail vətəndaşları ABŞ-yə səfər etmək üçün viza almalıdır.
Gununsesi.info