İsrail vətəndaşları Amerikaya vizasız gedəcək

  • By admin
  • 28 Sentyabr 2023 10:31

Amerika İsraili bu ölkə vətəndaşlarının ABŞ-a vizasız girişinə imkan tanıyan proqrama daxil edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailə viza güzəşti ilə bağlı Amerikanın Dövlət Katibi Antoni Blinken ABŞ-ın Daxili Təhlkəsizlik Naziri Aleksandr Mayorkas ilə keçirdiyi ortaq mətbuat toplantısında açıqlama verib.

Nazir bildirib ki, viza güzəştinin olması iki ölkə arasında işbirliyini gücləndirəcək.

Blinken yeni anlaşmanın “xüsusi ilə Fələstin torpaqlarında yaşayan və bu torpaqlara səyahət edən Amerika vətəndaşlarının hərəkət sərbəstliyinə daha çox qatqı verəcəyini” vurğulayıb.

Yeni qərar 30 noyabrdan qüvvəyə minəcək.

İsrailin Viza Sərbəstli Proqrama(The Visa Waiver Program) daxil edilməsi ilə İsrail vətəndaşları yalnız elektronik səyahət icazə sisteminə qeyd etdirərək Amerikaya 90 günlük iş və tətil məqsədli gələ biləcəklər.

Bu proqran hazırda 40 ölkənin vətəndaşlarının 3 aylığına Amerikaya səyahət etməsinə imkan tanıyır.

İsrailin Baş naziri Binyamin Netanyahu mövzu ilə bağlı açıqlamasında viza güzəşti qərarının “İsrail və Amerika arasındakı güclü əlaqələrin bir başqa dəlili” olaraq dəyərləndirib.

Netanyahu viza sərbəstliyi üçün Prezident Co Baydenə təşəkkür edib.

 

Tərcümə: Arzu

Gununsesi.info