İsrail vətəndaşları ABŞ-yə vizasız səfər edə biləcəklər

İsrail vətəndaşları 2023-cü ilin sentyabrından viza almadan ABŞ- səfər edə biləcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu tviter səhifəsində bildirib.

“Bu gün İsrail vətəndaşlarına vacib bir xəbər verdik: söz verdiyimiz kimi, israillilərin ABŞ-yə giriş vizası almaq ehtiyacından azad edilməsi üçün bütün qanuni tələblər uğurla yerinə yetirildi”, – o yazıb.

Qeyd edək ki, hazırda İsrail vətəndaşları ABŞ-yə səfər etmək üçün viza almalıdır.

 

Gununsesi.info