“İsrail xarici dövlətin ərazisində əcnəbi vətəndaşı öldürməklə bütün qaydaları pozub” -Politoloq

“İki liderin öldürülməsinə baxmayaraq, Fələstinin islamçı radikal HƏMAS hərəkatı çətin ki yox olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Politoloq və Yaxın Şərq problemləri üzrə ekspert Stanislav Tarasov Lenta.ru-ya deyib.

O, bildirib ki, HƏMAS-ın siyasi səhnədən itməsi ehtimalı azdır, baxmayaraq ki, Fələstin Milli Azadlıq Hərəkatı Fəth ilə birləşmə tendensiyası artıq göz qabağındadır.

Politoloqun sözlərinə görə, HƏMAS-a ciddi zərbələr olduğu üçün vəziyyət gərginləşir:” Hadisələrin sonrakı inkişafı digər oyunçuların, ilk növbədə ABŞ və ərəb ölkələrinin baş verənlərə necə reaksiya verəcəyindən asılı olacaq. Davamlı hücumlar yaxşı heç nəyə gətirib çıxarmayacaq. İsrail uçurumun kənarında siyasət aparır və indi ən əsası qrupların və İranın zərbə endirməsinin qarşısını almaqdır. Hər halda, İranın ali dini lideri Əli Xamenei İsrailə cavab zərbəsi endirəcəyini bildirib. Niyə? Çünki İsrail xarici dövlətin ərazisində əcnəbi vətəndaşa zərbə endirməklə bütün qaydaları pozub. Bu, sadəcə olaraq, geosiyasi həyasızlıqdır”.

Bundan əvvəl İsrail ordusu kəşfiyyatla birlikdə Qəzza zolağında HƏMAS-ın silahlı qanadının lideri Məhəmməd Deifləğ öldürülməsini bildirmişdir. Tezliklə hərəkatın sədr müavini Xəlil əl-Həyya məlumatı təkzib etdi.

Eyni zamanda iyulun 31-də İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə raket hücumu nəticəsində həlak olub.

 

 

Şəbnəm

Gununsesi.info