Polis İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, bu, Lahav-433 xüsusi təyinatlılarının dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli istintaq çərçivəsində edilib.
İstintaq buna hüququ olmayan şəxslərə diplomatik pasportların verilməsində şübhəli bilinərək aparılır.
Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb.
İlhamə
Gununsesi.info