İsrail XİN 32 ölkəyə çağırış etdi

İsrailin Xarici İşlər Naziri İsrael Katzın bu gün 32 ölkəyə məktub göndərdiyi açıqlanıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, nazir məktubda İranı çox gec olmadan dayanmağa çağırıb.

 

“İranı mühasirəyə almaq və zəiflətmək üçün İranın raket planına sanksiya qoyulmasını və İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsini tələb etdim“-deyə o əlavə edib.

 

Həmçinin ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada isə müdafiə naziri Lloyd Ostinin israilli həmkarı Yoav Gallant ilə telefon danışığı olduğu bildirilib.

 

Açıqlamada iki nazirin İranın həyata keçirdiyi hücumu və bundan sonra baş verənləri müzakirə etdiyi, ABŞ tərəfinin İsraili İrana qarşı hücuma keçməməyə çağırdığı bildirilib.

 

 

 

Şəbnəm

Gununsesi.info