
HƏMAS qruplaşması ilə danışıqlar yalnız İsrailin Qəzzadakı əməliyyatın məqsədlərinə çatmasından sonra mümkündür.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Lior Ben-Dor bildirib.
“İsrail HƏMAS və “İslami Cihad” terror təşkilatlarına qarşı strateji məqsədlərə nail olana qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır”, – diplomat deyib.
Onun sözlərinə görə, HƏMAS cinayətlər törədərkən səhvə yol verir ki, bu da iki ölkə xalqları arasında barışığa töhfə vermir.
Gununsesi.info