İsrail Yəməni yenidən vurdu

  • By Admin2
  • 19 Dekabr 2024 10:20

İsrail aviasiyası Yəmənə yenidən hava zərbələri endirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı “Əl Masirah” telekanalı  yayıb.

İlkin məlumata görə, Əs-Salif limanına hava hücumu zamanı 7 nəfər həyatını itirib.

O cümlədən Əl-Hudeyda əyalətinin Ras İsa bölgəsindəki neft obyektinə hücumlar nəticəsində də iki nəfər həlak olub.

İsrail ordusu Yəmən ərazisində husilərin hərbi hədəflərinə hava zərbələri endirdiyini təsdiqləyib.

Orxan Saffari

Gununsesi.info