İsrail ordusu aclıq və qırğınla mübarizə aparan Qəzzada yardım paylama məntəqəsinə hücum edib, 12 nəfər ölüb, 90 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qırğınlar törədən və humanitar yardımı məhdudlaşdıran İsrailin mühasirəsində olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena vasitələri çatışmazlığı ilə humanitar fəlakət yaşayır.
Xüsusilə uşaqlar arasında aclıqdan ölüm halları artır.
2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 162 nəfər, o cümlədən 92 uşaq aclıqdan ölüb.
Orxan












