İsrail yaxın günlərdə İrana cavab verəcək

İsrail yaxın günlərdə İrana qarşı əhəmiyyətli cavab zərbəsi endirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Axios portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrail oktyabrın 1-də baş vermiş son kütləvi raket hücumuna cavab verməyi planlaşdırır.

Əməliyyat İranın neft obyektlərinə və digər əsas strateji hədəflərə, o cümlədən nüvə qurğularına qarşı yönəldilə bilər.

“Bizim iranlıların hücuma necə reaksiya verəcəyi ilə bağlı böyük sualımız var, lakin biz onların hər şeyə qoşulma ehtimalını nəzərə alırıq və bu, tamamilə fərqli bir oyun olacaq”, – deyə İsrail rəsmilərindən biri deyib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İsrailə raket hücumunun özünümüdafiə aktı olduğunu bildirmişdi.

 

 

Şəbnəm

Gununsesi.info