İsrail döyüş təyyarələri blokada altındakı Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilər üçün məktəbi hədəfə alıb və çoxlu sayda ölü və yaralanıb.
Gununsesi.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzzanın şimalında Cibaliya qaçqınlar düşərgəsinin qərbində yerləşən Əl-Faluca bölgəsində məcburi köçkün fələstinlilərin qaldığı “Hafsa” adlı məktəbi bombalayıb.
Hücum zamanı aralarında uşaq və qadınların da olduğu çox sayda insan həyatını itirib.
İsrail hərbçiləri Qəzzanın şimalında yerləşən Beyt Lahyada daha 9 evi vurub. Hücumlarda çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Digər tərəfdən İsrail Qəzzada rabitə qüllələrini hədəfə alıb. Qəzza zolağının şimalı ilə Qəzza şəhəri ilə əlaqənin tamamilə kəsildiyi qeyd edilib.
Gununsesi.info