İsrail yenə Qəzzanı vurdu

  • By admin
  • 02 Mart 2017 19:45

qezza

 

İsrail ordusu Qəzza zolağında Beyt Lahiya şəhərində HƏMAS-ın iki mövqeyini hədəf alıb.

Gununsesi.info xəbər verir ki, Silahlı Qüvvələrin yaydığı açıqlamada İsrailə məxsus hərbi avtomobilin atəşə tutulmasından sonra cavab tədbirlərinin görüldüyü bildirilib.

“Qəzzanın şimalında təhlükəsizliyi təmin edən avtomobilə atəş açıldı. Cavab tədbiri olaraq HƏMAS-a aid iki mövqe top və hava zərbəsi ilə məhv edilib”, – bəyanatda bildirilib.

Atəş nəticəsində ölən, yaxud yaralananın olmadığı qeyd edilib.

 

Gununsesi.info