İsraildə 2 min ədəd qızıl sikkə tapıldı

  • By admin
  • 19 Sentyabr 2017 20:14

582636

İsrail arxeoloqları Aralıq dənizində qazıntılar zamanı xəzinə tapıblar. Xəzinə, əsasən, üzərində “La İlahə İlləllah, Muhəmmədən Rəsulullah, Əliyyən Vəliyyulah” şəhadət kəlmələri həkk olunmuş qızıl dinarlardan ibarətdir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, arxeoloqlar bu xəzinənin 909-1171 ci illərdə Misir və Şimali Afrikada hakimiyyətdə olmuş Fatimilər dövlətinə aid olduğunu deyirlər.

Məlumata görə, xəzinə hazırda İsrailin nəzarətində olan (Fələstinin qədim şəhərlərindən biri) Qisariyyə şəhərinin Aralıq dənizi sahillərində tapılıb.

Xəzinədə belə dinarlardan 2 min ədəd olub.

Qeyd edək ki, bu artıq ikinci dəfədir ki, İsrail arxeloqları Aralıq dənizində Fatimilər dövrünə aid sikkələrdən ibarət xəzinə tapırlar.

Xatırladaq ki, ilk belə xəzinə 2015-ci ildə aşkar edilmişdi.

İsrailli arxeoloq Robert Kul: “Fatimilər dövləti varlı bir imperiya idi. Onlarda pul vahidi qızıldan bəzən də gümüşdən olurdu. Bildiyimzə görə, 12-ci əsrdə Fatimilər dövlətinin xəzinəsində 12 milyon dinar var olub. Onlar çox varlı idilər. Nəhəng imperiyanı idarə edirdilər. Bu məsələ diqqətdə saxlanılmalıdır”.
Gununsesi.info