İsraildə COVID-19-a yoluxanların sayı 36 mini keçdi

  • By admin
  • 10 İyul 2020 21:43

İsraildə son sutkada koronavirusa daha 1 441 yoluxma faktı qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı isə 36 266 nəfərə çatıb. İsraildə son 24 saatda nəfər COVID-19-dan ölüb və qurbanların sayı 351-ə yüksəlib.

Koronavirusa yoluxan 18 613 pasiyent sağalıb, 17 302 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

 

Gununsesi.org