İsraildə daha 234 nəfər koronavirusa yoluxdu

İsraildə daha 234 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 1 nəfər virusdan vəfat edib.
Gununsesi.org xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 23 989-a, ölənlərin sayı isə 319-a yüksəlib. Yoluxanlardan 17 114-ü sağalıb, 6556 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, İsrail dünyada koronavirusun ən çox yayıldığı 50-ci ölkədir.
Gununsesi.org