İsraildən yeni savaş həmləsi: Hərəkətə keçdilər

İsrail fövqəladə hökumətin yaradılması ilə bağlı razılığa gəlib.

Gununsesi.info xəbər verir ki,  “Haaretz” qəzetinin yazdığına görə, Benyamin Netanyahu, müxalifətdə olan Benny Gantz və müdafiə naziri Yoav Gallantın daxil olacağı dar təhlükəsizlik kabinetinin yaradılması barədə qərar qəbul edilib.

Strateji planlaşdırma naziri Ron Dermer və Baş Qərargahın keçmiş rəisi, deputat Qadi Eyzenkot müşahidəçi statusu alacaqlar.

Bu məlumata görə, təhlükəsizlik kabinetinin vəzifələri olduğu kimi qalacaq və Qantsın partiyasından 5 nəfər əyalət naziri təyin olunacaq.

Səid Əhmədli
Gununsesi.info