İsraildə ikinci terror aktı - VİDEO

Yerusəlimdə arxeoloji abidəyə hücum nəticəsində iki nəfər yaralanıb. Bu, son 24 saat ərzində şəhərdə ikinci hücum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.

HTML tutorial

Portalın məlumatına görə, silahlı şəxs Maalot küçəsində, arxeoloji ərazinin girişindən bir qədər aralıda atəş açıb. Polis daha sonra terrorçunu zərərsizləşdirib.

Xatırladaq ki, yanvarın 27-də axşam Şərqi Yerusəlimdəki sinaqoqlardan birində terror aktı baş verib. Müxtəlif mənbələrə görə əkkizədək nəfər ölüb, daha on nəfər yaralanıb.

Gununsesi.info