İsraildə indiyədək 11 313 virus xəstəsi sağalıb

  • By arzu
  • 09 May 2020 14:50

İsraildə koronavirusa yoluxanların sayı 16 444-ə çatıb.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 35 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 245 nəfərdir. İndiyədək 11 313 pasiyent sağalıb. 180 minə yaxın israilli ikihəftəlik məcburi karantin rejimini keçib.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub. Ölkənin bütün vətəndaşları üçün ümumi karantin şərtlərini icra etmək məcburidir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Gununsesi.org