İsraildə ölənlərdən 4-ü azərbaycanlıdır – Adlar – YENİLƏNİB – FOTO

İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.

XİN-dən Gununsesi.info-ya verilən xəbərə görə, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub.

O, dünən Kıryat Yamda dəfn edilib.

Digər üç nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.

***11:01

İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.