İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə Knessetə 22-ci çağırış növbədənkənar seçkiləri keçirilir.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, ölkənin böyük və kiçik şəhərlərində seçki məntəqələri yerli vaxtla saat 7-də, xəstəxana, həbsxana və istintaq təcridxanalarında isə saat 8-də açılıb.

HTML tutorial
 Ümumilikdə, İsrail Mərkəzi İcraiyyə Komitəsinin məlumatına görə, bu gün təxminən 10 min 500 məntəqə işləyir.

Seçkilərə ilk 30 partiya qatılsa da, səsvermə başlamağa bir neçə saat qalmış bir partiya prosesdə iştirakdan imtina etdiyindən hazırda 39 partiya mübarizə aparır.

Gununsesi.org