İsraildə qadın əsgərlərin mühafizəçilik etməsi qadağan edilir – Fələstinli məhkumla cinsi əlaqə…

  • By arzu
  • 30 Sentyabr 2023 18:01

İsrailin Milli Təhlükəsizlik Naziri Itamar Ben Qvir qadın əsgərlərin yüksək təhlükəsizlikli həbsxanalarda gözətçi olmalarının qadağan ediləcəyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir bu çıxışını İsrailin bir qadın əsgərinin Fələstindən olan məhkumla cinsi əlaqəyə girməsini etiraf etməsindən sonra səsləndirib.

İsrail mətbuatının yazdıqlarına görə, orduda xidmət keçən qadın əsgər Fələstindən olan məhbusla cinsi əlaqəyə girib və bunu etiraf edib.
Eyni qadının məcburi əsgərlik xidmətini yerinə yetirən hərbi qulluqçu olduğu düşünülür.
Ömür boyu həbs cəzası alan məhkumla cinsi əlaqəyə girən İsrailin qadın əsgərinin etdikləri hökuməti hərəkətə keçirib.
İsrail mediası həbs edilən Fələstindən olan məhbus əsgərin dindirilmə davam edərkən daha 4 qadınla cinsi əlaqəyə girdiyini üzə çıxarıb.
İsrailin Milli Təhlükəsizlik Naziri Itamar Ben Qvir 2025-ci ildən başlayaraq ölkəsindəki qadın əsgərlərin Fələstindən olan “terrorçuların” saxlanıldığı yüksək təhlükəsizlikli cəza evlərində xidmət keçməyəcəklərini vurğulayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info