İsraildə təcili toplantı - Süleymaninin öldürülməsinə görə

  • By admin
  • 03 Yanvar 2020 11:58

İsrailin Müdafiə naziri Naftali Bennet İran generalı Qasım Süleymaninin ABŞ-ın göstərişi ilə İraqda öldürülməsinə görə hərbi rəhhbərlik və təhlükəsizlik xidməti başçıları ilə təcili toplantı keçirəcək. Gununsesi.org-un məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti xəbər verib.

Mənbə yazır ki, iclasda İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kokhavi də iştirak edəcək.

Bundan başqa, Baş nazir Binyamin Netanyahu da Yunanıstana olan səfərini yarımçıq saxlayaraq ölkəyə qayıdacağını bildirib.

İsrail höküməti təhlükəsizlik məqsədi ilə Hermon dağını turistlər üçün bağlayıb.

Gununsesi.org