İsraildə təhsil sistemində dərslərə qoyulan qadağa aradan qaldırılıb

İsraildə İranın hücum təhlükəsi ilə bağlı aprelin 13-də axşam saatlarından təhsil sistemində dərslərə qoyulan qadağanı və iclaslarda iştirak edənlərin sayına qoyulan məhdudiyyəti aradan qaldırılır.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada təhdid qiymətləndirməsinin ardından ölkə vaxtı ilə bu gecə saat 00:00-dan etibarən təhlükəsizlik məsələlərində dəyişiklik edilib.

 

Ölkə daxilində təhsilin yenidən davam edəcəyi ilə bağlı verilən bəyanatda, vətəndaşların bir araya gəlməsinə qoyulan məhdudiyyətin də aradan qaldırıldığı bildirilib.

 

 

Qeyd edək ki, İsrail ordusu aprelin 13-14-də İrandan gələ biləcək hücum təhlükəsi səbəbindən ölkə daxilində məktəblərin bağlandığını açıqlamışdır.

 

 

 

Gununsesi.info